Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində (MKS) 18 sentyabr – Milli Musiqi Günü münasibətilə tədbirlər təşkil olunacaq. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına əsasən paytaxtımızın Nəsimi, Səbail, Yasamal, Sabunçu, Suraxanı, Binəqədi, Qaradağ, Xətai, Nizami, Xəzər, Nərimanov rayonlarının MKS-də Milli Musiqi Günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə