Bakıda ilk dəfə Valentin Qaft və Olqa Ostroumova "Qeyri-yubiley gecəsi" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, tamaşa 2 saat 30 dəqiqə davam edəcək. Qaft və Ostroumova rus kino və teatrının gözəl və istedadlı cütlüklərindən biridir. Onlar artıq 15 ildir ki, birlikdədirlər, lakin eyni səhnəni nadir hallarda bölüşürlər.
Aktyorlar "Qeyri-yubiley gecəsi" tamaşasının improvizasiya olduğunu deyirlər. Onlar Valentin İosifoviçin 75 illiyinə "Qeyri-yubiley gecəsi" tamaşasını hazırlayıb.
Qeyd edək ki, tamaşa 17-18 oktyabr saat 20:00-da Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB