“Azerbaijan Art Festival-2014” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub

“Azerbaijan Art Festival-2014” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub

Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində "Baku Creative Center"in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə reallaşdırılan "Azerbaijan Art Festival-2014" layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi nümayiş olunub. SİA-nın verdiyi xəbərə görə, regionlarda müasir incəsənət anlayışının aşılanması məqsədilə iyulun 1-dən başlanan festival bundan əvvəl Astara, Lerik, Yardımlı, Lənkəran, Bərdə və Goranboyda reallaşıb.

Tamaşaçılar Lalə Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fərqanə Əliyeva, Vüsalə Ağaraziyeva, Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli və başqa gənc rəssamların əsərlərinə maraqla baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə