Miladi: 07 iyul 2014

Hicri: 9 ramazan 1435

İlin 189-cü günü

İlin sonuna 178 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:47

Günəş – 06:17

Zöhr – 13:45

Əsr – 18:28

Məğrib – 21:30

İşa – 23:15

1828 – Emin Paşanın təslim qərarı ilə Qarsda rus işğalı başladı.

1860 — Avstriyalı bəstəkar Qustav Maler dünyaya gəlib.

1882 - Cənubi Azərbaycanda milli hərəkat liderlərindən Seyid Cəfər Pişəvəri (1882-1946) anadan olub.

1922 — Fransız modelyer Pyer Karden dünyaya gəlib.

1923 – Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilir.

1929 – Mussolini Papa ilə razılığa gəldi və müstəqil Vatikan yaradıldı.

1930 — Şotland yazıçısı Artur Konan Doyl vəfat edib.

1940 — İngilis musiqiçi Rinqo Starr dünyaya gəlib.

1943 — İtalyan müğənni Toto Kutunyo anadan olub.

1978 – Sakit okeanda yerlləşən Solomon adaları müstəqilliyini elan edib.

1992 – Azərbaycan Respublikası Tailand ilə diplomatik əlaqələr qurub.

1993 – Türk şair və yazıçı Rıfat Ilgaz vəfat edib (d.1911).

1994 - Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəş Azərbaycana səfərə gəlib. Prezident Heydər Əliyevlə görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq müzakirə edilib.

1994 – Şimali ve Cənubi Yəmən arasında muharibə, şimallıların qələbəsi ilə başa çatıb.

2005 – Londonda metro stansiyasında baş vermiş terör hadisəsində 54 nəfər həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə