“Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma – Bakı konfransı” keçiriləcək
4 iyul, saat 11:00-da Bakının Four Seasons hotelində Azərbaycan Respublikasının Avropa Şurasına sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçiriləcək. Nazirliyn mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfrans Avropa Şurasının II Baş Direktorluğunun Mədəniyyət və Demokratiya bölməsinin dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutlarının və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox iştirakçının olacağı gözlənilir.
Tədbirdə Avropa Şurasının Demokratik İdarəçilik və Mədəni Müxtəliflik üzrə Direktoru Klaudia Luçianinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək.
Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanır. Bu proqram çərçivəsində qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB