Şəmkirdə tanınmış rəssamların əsərlərindən ibarət sərgi açılıb

Şəmkirdə tanınmış rəssamların əsərlərindən ibarət sərgi açılıb

Şəmkirdəki "Zəka" gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzinin müasir incəsənət qalereyasında Azərbaycanın Əməkdar Rəssamı Nazim Babayevin və tanınmış fırça ustası Faiq Abdullayevin fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın məlumatına görə, Gəncədə sənətkar ailəsində anadan olan Nazim Babayevin ilk sərgisi 1958-ci ildə bu şəhərdə, sonralar Bakıda və Moskvada açılıb. Onun əsərləri Budapeştdə və Türkiyənin bir çox şəhərlərində nümayiş etdirilib.

Tanınmış rəssam Faiq Abdullayev isə rəssamlıq təhsilini Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasında alıb. Əsərləri ölkəmizin bir çox qalereyalarını bəzəyir.

Sonra sərginin açılışını bildirən lent kəsilmiş, iştirakçılar istedadlı rəssamların müxtəlif mövzularda çəkdikləri əsərlərə tamaşa ediblər.

Qeyd edək ki, sərgi iyulun 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə