Kitabxanada görkəmli şairin yubileyi keçirilib

Kitabxanada görkəmli şairin yubileyi keçirilib

Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında – Ə.Vahid adına kitabxana–muzeydə görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş "Nəğməkar şair" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir şair haqqında filmin nümayişi ilə başlayıb.

Görkəmli söz ustasının yaşadığı dövr, həyat və yaradıcılığı haqqında məlumat verilib, "Mirzə Şəfi Vazeh alman ədəbiyyatşünaslığında" mövzusunda məruzə dinlənilib.

Tədbirdə tələbə və şagirdlərin ifasında şairin şerləri söylənib, mahnılar ifa edilib.

Qeyd edək ki, kitabxananın oxu zalında mövzu çərçivəsində təşkil olunan sərgi maraqla izlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə