“Müstəqilliyimiz əbədidir - rəsm sərgisi”

“Müstəqilliyimiz əbədidir - rəsm sərgisi”

Sahil bağında gənc rəssamlar 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə gənclər arasında maraqlı təbliğat formasında layihə həyata keçirirlər. İdeya müəllifi Azərbaycan Neft Akademiyasının II kurs tələbəsi Vəliyev Zülfüqar Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Müstəqilliyimiz əbədidir - rəsm sərgisi" adı ilə həyata keçirilib.

Layihə Səbayıl rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Emin Art studionun təşkilatı dəstəyi ilə baş tutub.

Çıxış edən natiqlər ilk öncə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə hər kəsi təbrik ediblər. Bu cür layihələrin digər gənclər tərəfindən də davamı gələcəyinə ümid etdiklərini söyləyiblər.

Layihəsi haqda məlumat verən Zülfüqar Vəliyev gənc rəssamlar Azərbaycanın bayrağında əks olunan 3 rəngdən istifadə edərək maraqlı rəsm kompazisiyaları hazırlayıblar. Bildirib ki, layihənin özəlliyi burada yalnız 3 rəng – mavi, qırmızı və yaşıl rənglərdən istifadə edilib. Bu layihə vasitəsilə gənclərdə vətənə, bayrağımıza hörmət və məhəbbət hissi aşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə