Azərbaycan Yazıçılar Birliyində tanınmış şair Ağacəfər Həsənlinin anadan olmasının 60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu, Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Vaqif Bəhmənli, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, şair Çingiz Əlioğlu yubilyarın yaradıcılığından söz açmış, indiyədək onlarla şeir, publisistika və tərcümə kitablarının nəşr olunduğunu bildirib. Diqqətə çatdırılıb ki, şairin "Ümidimin adına küçə" kitabı nazirliyin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb.
Şair Ağacəfər Həsənli, həmçinin Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır. Onun əsərləri 30-dan çox dilə, o cümlədən rus, ingilis, fransız, bolqar, ərəb və başqa dillərə tərcümə olunub.
Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Vaqif Bəhmənli, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları şairi yaradıcılığının kamillik dövrünü yaşayan qələm sahibi kimi dəyərləndiriblər.
Tədbirdə şairin yeni nəşr olunmuş "İlğım" kitabı da təqdim edilib.
Qeyd edək ki, sonda Ağacəfər Həsənli tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB