Nazir Şəmkirdə vətəndaşları qəbul edəcək

Nazir Şəmkirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev may ayının 30-u, saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 5) Gəncə şəhər, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə