Naxçıvan Muxtar Respublikası haqqında Özbəkistanda məqalələr dərc olunub
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın populyar "Daraxçi" qəzetində (http://darakchi.uz/article/1359) və "Sharh.uz" aparıcı ictimai - siyasi xəbər agentliyinin saytında (http://sharh.uz/jamiyat/item/1225-naxichevan) Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında məqalə dərc olunmuşdur. Məqalə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunub. Məqalədə Azərbaycanın Naxçıvan diyarı, onun tarixi, mədəniyyəti, abidələri, turizmi haqqında məlumat və fotoşəkillər öz əksini tapıb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Veb-saytında (http://azculture.uz) məqalə "Нахичевань - край древней культуры и жемчужина Азербайджана" adı ilə çap olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB