Cahangir Novruzov türk dünyasında bir ilkə imza atır AÇIQLAMA

Cahangir Novruzov türk dünyasında bir ilkə imza atır AÇIQLAMA

Əməkdar İncəsənət xadimi, rejissor Cahangir Novruzov yenidən Bakıya gəlib. SİA-ya açıqlama verən Cahangir Novruzov yubileyi ərəfəsində yeni televiziya tamaşasında rol alacağını da bildirib: "Yaxın dostum, rejissor Ramiz Həsənoğlu ilə söhbətimiz zamanı qərara gəldik ki, Çexovun "Kalxas" əsərini tərcümə edib, 60 illik yubileyim ərəfəsində təqdim edək. Yayda boş vaxtım çox olacaq və buna görə də bir pərdəli tamaşa hazırlamaq istəyirəm. 2 nəfərlik əsərdir. İstərdim ki, uzun fasilədən sonra bu tamaşa ilə izləyiciləri sevindirim".

Cahangir Novruz qardaş ölkə olan Türkiyədə təkcə tələbə yetişdirmir, həmçinin bir çox yaradıcılıq işləri ilə də Azərbaycanın adını yüksəklərdə tutur. Belə ki, Əməkdar İncəsənət xadimi "Ayna" teatrının yaranmasının layihəsində əməyi olduğunu xüsusilə vuğulayıb: "Hazırda "Ayna" tetrının layihəsini təqdim etmişəm. Düşünürəm ki, 2016-cı ilə qədər bina və mərkəz tam olaraq hazır olacaq. Bu cür mərkəzin yaranmasına səbəb isə teatrın sadəcə yaradıcılıq işi kimi deyil, onu həm də elmi səviyyə çatdırmaq lazımdır. Çünki teatr xalqın düşüncəsini əks etdirən güzgüdür. Onu da diqqətinizə çatdırım ki, belə mərkəz türk dünyasında ilk dəfə yaradılır".

Bütün xəbərlər Facebook səhifəmizdə