Miladi: 18 fevral 2014
Hicri: 18 rəbiul axir 1435
İlin 49-ci günü
İlin sonuna 316 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:21
Günəş – 07:31
Zöhr – 12:58
Əsr – 16:17
Məğrib – 18:31
İşa – 19:48
1405-ci ildə Böyük sərkərdə Əmir Teymur vəfat edib.
1451-ci ildə Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.
1516-cı ildə İngilis kraliçası Mariya Tüdor dünyaya gəlib.
1546-cı ildə Alman teoloq Martin Lüter vəfat edib.
1564-cü ildə İtalyan memar Mikelancelo vəfat edib.
1745-ci ildə İtalyan fizik Alessandro Volta dünyaya gəlib.
1855-ci ildə Rus imperatoru II Aleksandr taxta çıxıb.
1895-ci ildə Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) dünyaya gəlib.
1913-cü ildə Reymon Puankare Fransa prezidenti seçilib.
1921-ci ildə Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb.
1922-ci ildə Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb.
1924-cü ildə Əməkdar artist Osman Hacıbəyov anadan olub
1926-cı ildə Rus şair Vladimir Mayakovski Bakıya gəlib.
1926-cı ildə Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib.
1929-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi – Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilib .
1931-ci ildə şair dramaturq Nəriman Həsənzadə dünyaya gəlib.
1937-ci ildə İstanbulda eşşəklərin hərəkəti qadağan edilib.
1952-ci ildə Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunmuşlar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
1965-ci ildə Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.
1967-ci ildə ABŞ atom bombasının "atası"Robert Oppenheymer vəfat edib.
1979-cu ildə Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb.
1988-ci ildə Boris Yeltsin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd vəzifəsindən azad olunub, Rusiya demokratlarının liderinə çevrilən Yeltsinin Qorbaçovla hakimiyyət uğrunda mübarizəsi başlayıb.
1990-cı ildə Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub.
1993-cü ildə Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib.
2004-cü ildə İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub.
2008-ci ildə Türkiyə Kosovonun müstəqilliyini tanıyıb.
2009-cu ildə "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB