Vaqif Əliyev və Qənirə Paşayeva TÜRKSOY-un medalları ilə təltif ediliblər

Vaqif Əliyev və Qənirə Paşayeva TÜRKSOY-un medalları ilə təltif ediliblər

Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə Ankarada keçirilən silsilə tədbirlərdə iştirak etmək məqsədi ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Türkiyə paytaxtında səfərdə olan Azərbaycan nümayəndə heyəti Ankarada TÜRKSOY-un qərargahında görüş keçirib.

SİA-nın məlumatına görə, görüş zamanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Millət vəkili Qənirə Paşayeva TÜRKSOY-un 20 illik yubileyinə həsr olunan medalla təltif ediliblər.

Qeyd edək ki, tədbirdə təşkilatın 20 illik fəaliyyəti haqqında film nümayiş etdirilib və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə