Azərbaycan “Eurovision-2014”də I yarımfinalda çıxış edəcək

Azərbaycan “Eurovision-2014”də I yarımfinalda çıxış edəcək

Azərbaycanın "Eurovision-2014" musiqi yarışmasında mübarizə aparacağı tarix məlum olub. SİA-nın Eurovisionun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Danimarkanın paytaxtı Kopenhagen şəhərində 59-cu təşkil olunan yarışmada Azərbaycan təmsilcisi mayın 6-da birinci yarımfinalda səhnəyə çıxacaq. Yarışmanın püşkatma mərasimində isə ölkələrin təmsilçilərinin mübarizə aparacaqları qruplar müəyyənləşdirilib.

Nəzərinizə çatdıraq k, 1-ci yarımfinalın birinci qrupunda Azərbaycan, İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Ermənistan və Estoniya təmsilçiləri mübarizə aparacaq.
Birinci yarımfinalın ikinci hissəsində isə Belçika, Macarıstan, Moldova, Monteneqro, San Marino, Portuqaliya, Niderland və Ukraynalı iştirakçılar təmsil olunacaq.

Qeyd edək ki, Fransa, İspaniya və ev sahibi Danimarka birbaşa finala vəsiqə alan ölkələrdir. Onlar bu yarımfinalda səs vermək hüququna malik olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə