Elçin Şirinov konsert verəcək

Caz pianoçu Elçin Şirinovun konserti olacaq. SİA-nın məlumatına görə, ifaçı öz qrupu Elçin Şirinov Trio-nun heyətində çıxış edəcək. Bassda Elcan Cəbrayılov, zərbdə Elvin Bəşirov ifa edəcəklər.

Nəzərinizə çatdıraq ki, Elçin 26 sentyabr 1982-ci il Bakıda doğulub. O, musiqi məktəbində təhsil almayıb, lakin Vaqif Sadıxov, Aaron Qoldberq, Kevin Heys kimi caz ifaçılarından dərs alıb.

Qeyd edək ki, konsert yanvarın 23-ü saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə