Azərbaycan “Türkvizyon -2013” Beynəlxalq musiqi müsabiqəsinin qalibidir

Azərbaycan “Türkvizyon -2013” Beynəlxalq musiqi müsabiqəsinin qalibidir

Türkiyənin Eskişehir şəhərində "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyi, TÜRKSOY təşkilatı, Anadolu Universiteti və TMB televiziya kanalının təşkilatçılığı ilə keçirilən və Avrasiya məkanındakı 24 ölkənin təmsil olunduğu "Türkvizyon-2013" Beynəlxalq musiqi müsabiqəsi başa çatıb.

Azərbaycan təmsilçisi Fərid Həsənov bəstəkar Gövhər Həsənzadənin "Yaşa" mahnısını ifa etmişdir. Münsiflərdən ən çox – 210 bal alan Azərbaycan təmsilçisi ilk "Türkvizyon" mahnı müsabiqəsinin qalibi olub.

Fərid Həsənova mükafatı Türkiyənin milli təhsil naziri Nabi Avcı təqdim edib.

İkinci yeri 205 balla Belarus, üçüncü yeri isə 200 balla Ukrayna təmsilçiləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə