“Qorxulu yuxuların qəhrəmanı”

Bu gün "Bitməmiş müharibənin qəhrəmanları" silsiləsindən "Qorxulu yuxuların qəhrəmanı" adlı filminin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, film Türk dünyası qazilər birliyinin sədri, "Azərbaycan Bayrağı" ordenli kəşfiyyatçı İbad Hüseynovun qeyri-adi ömür yoluna həsr olunub. Təqdimatda filmin ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, montaj rejissoru Rasim İxtiyaroğlu, operatoru Manaf Əzizli və başqalarının xidməti olub.

Tədbiri giriş sözü ilə filmin layihə rəhbəri Bəxtiyar Qaraca açaraq İbad Hüseynovun şücaətindən danışıb: "İbad bizim canlı qəhrəmanımzıdır. Bu cür qəhrəmanlarımızın sağ olması gənclərimizə nümunə kimi göstərə bilməyimizə şans verir. Onu da deyim ki, İbad Türk dünyası Qazilər Birliyinin sədri seçilib. Bu çox qürurverici hadisədir. İbad Hüseynov və digərləri haqda kifayət qədər filmlər çəkilib. Bu dövlətimizin qəhrəmanlarımıza göstərdiyi diqqətin nəticəsidir".

Daha sonra filmin ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva çıxış edərək, İbad Hüseynov Azərbaycanın canlı, nümunə gösəriləsi qəhrəmanı olduğunu dilə gətirib.

Nəzərinizə çatdıraq ki, "Qorxulu yuxuların qəhrəmanı" filminin baş məsləhətçisi Əflatun Amaşov, layihə rəhbəri isə Bəxtiyar Qaracadır.

Qeyd edək ki, sonda İbad Hüseynovun həyatından bəhs edən "Qorxulu yuxuların qəhrəmanı" adlı film təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə