Uşaqlar arasında "Eurovision-2013" mahnı müsabiqəsinin final mərhələsi olacaq. SİA-nın verdiyi xəbərə görə, final Kiyevdəki "Ukrayna" sarayında baş tutacaq.
Nəzərinizə çatdıraq ki, "Kreativ ol" ("Be Creative") devizi altında keçirilən bu formun aparıcıları "Eurovision-2013" müsabiqəsinin ukraynalı finalçısı Zlata Oqneviç və onun həmvətəni, beynəlxalq müsabiqənin şərhçisi Timur Miroşniçenko olacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndəsi, Rəşid Behbudov adına uşaq musiqi məktəbinin şagirdi 10 yaşlı Rüstəm Kərimov finalda ikinci çıxış edəcək. Final ərəfəsində baş məşqlər noyabrın 29-da keçiriləcək. Həmin məşqlərin birində peşəkar münsiflər heyəti də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB