Bakıda eksperimental teatr festivalı

Oktyabrın 28-dən noyabrın 6-dək Teatr Xadimləri İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "2+1" Eksperimental Teatr Festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festival ilk dəfə 2011-ci ildə keçirilib. Əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir.

Nəzərinizə çatdıraq ki, festivalda səkkiz kollektiv doqquz tamaşa ilə iştirak edəcək, Tiflis Azərbaycan Dram Teatrı qonaq qismində dəvət olunacaq.

Qeyd edək ki, festivala Gənc Tamaşaçılar Teatrının tamaşası ilə start veriləcək. Fərqlənən tamaşalar gələcəkdə beynəlxalq layihələrə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə