"Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xan Şuşinski adına Fondun təşkilatçılığı ilə məktəbli gənclər arasında müsabiqənin yekun turu keçiriləcək". Bu barədə SİA-ya açıqlamasında Xan Şuşinski adına Fondun təsisçisi, mərhum sənətkarın qızı Bəyimxanım Verdiyeva deyib. O, bu müsabiqənin gənclərin marağını milli musiqiyə artırmaq üçün keçirildiyini deyib: "Bundan əvvəlki müsabiqələrin Gəncə və Gəncəbasar zonalarındakı seçilmiş istedadlı gənclər arasında keçirilib. Müsabiqəyə Bakı şəhərində yerləşən Xan Şuşinski adına "Uşaq muğam məktəbin"dən, Asəf Zeynallı adına Musiqi Kollecindən istedadlı gənclər seçiliblər".
Nəzərinizə çatdıraq ki, müsabiqədə münsiflər heyyətində xalq artistləri Əlibaba Məmmədov, Mənsum İbrahimov, Ağaxan Abdullayev, Arif Babayev, Ramiz Quliyev, Fikrət Verdiyev və başqaları iştirak edəcəklər.
Qeyd edək ki, oktyabrın 2-si, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq müsabiqə Aərbaycan Dövlət Televiziyasından canlı yayımlanacaq. Birinci yerə qalib gələnlərə 1000 manat, ikinci yerə 500 manat, üçüncü yerə isə 300 manat pul mükafatı veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB