Azərbaycan Milli Dram Teatrı yeni mövsümə start verir. SİA-ya verilən məlumata görə, İlyas Əfəndiyevin "Hökümdar və qızı" əsəri əsasında səhnələşdirilmiş "Qarabağnamə" tamaşasının premyerası təqdim ediləcək.
Nəzərinizə çatdıraq ki, sözügedən tamaşa sentyabr ayının 15-i saat 19:00-da baş tutacaq və biletlərin qiyməti isə 6-10 manat olacaq.
Qeyd edək ki, "Qarabağnamə" tamaşasında xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Məsmə Aslanqızı, aktyorlar İlham Əsgərov, Rafiq Əzimov, Mirzə Ağabəyli və başqaları rol alacaqlar. Pyesin quruluşçu-rejissoru isə Mərahim Fərzəlibəyovdur.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB