YAP gəncləri Qobustanda FOTOLAR

Bu gün ölkəmizdə mədəniyyət ocaqlarına - kino və tetrlara, muzeylərə insanların, xüsusən də gənclərin marağı olduqca aşağı səviyyədədir. Dəfələrlə mediada bununla bağlı teatr və kino xadimlərimiz öz fikrini ifadə etmişlər. Gənclərimizi teatrlara və kino zallarına dəvət etmişlər.

Dövlətimizin mədəniyyət ocaqlarımızın ən müasir tələblərə uyğun səviyyədə qurulması üçün ayrıdığı diqqət, mədəniyyətimizə göstərdiyi qayğı bizlərin də bu sahəyə diqqətimizin artırılmasını vacib edir.

Məhz bunu və gənclərimizin teatrlara, kino zallarına, muzeylərimizə mütəmadi gəlişini təşkil etmək üçün, onların bu sahəyə diqqətinin atırılması üçün YAP Gənclər Birliyinin başladığı "Mədəniyyətə səyahət"adlı layihə çərçivəsində Partiyanın gəncləri növbəti dəfə Qobustan Dövlət Tarix və Bədii Qoruğunu ziyarət etmişdir. Əsasən sosial şəbəkələrdə və partiyanın Gənclər Birliyinin layihələrində aktiv iştirak edən yetmişə yaxın gənc bu ziyarətdə iştirak etmişdir. Gənclər Qobustan qoruğu ərzisinində inşa edilən muzeyi ziyarət etmiş, qaya təsvirlərinə baxmışlar.

Yeni Azərbaycan Partiyasının gənclər üçün təşkil etdiyi bu səfərə YAP Qaradağ rayon təşkilatı və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi də öz dəstəyini göstərmişdir.

Azərbaycanın tarixi abidələrinə, muzeylərinə və mədəniyyət ocaqlarına təşkil edilən bu səfərlərin əsas məqsədi gənclərimizin mədəniyyətimizə, tariximizə olan diqqətinin artırılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə