Türkiyə və Azərbaycanın birgə layihəsi olan "Acıtan yürek" bədii filminin çəkilişləri ilə bağlı seçim turuna münsif kimi qatılacaq Türkiyənin məşhur aparıcısı və prodüsseri Acun Ilıcalının Azərbaycana gəlişinin dəqiq vaxtı məlumdur. Bu barədə SİA-ya layihənin təşkilatçısı Günel Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Acun bəy iyunun son şənbə günü səhərə yaxın filminin danışıqları ilə əlaqədar Qəbələyə gedəcək və 2 gün orada qalacaq: "Qəbələni gəzmək-görmək məqsədi ilə türk jurnalistlər də Acunla birgə olacaqlar. Daha sonra Acun Ilıcalı filmin seçim turlarına qatılmaq üçün Bakıya gələcək".
Layihənin mətbuat katibi Fuad Mədətov isə bildirib ki, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar Irmakın ekranlaşdıracağı "Acıtan yürek" filminin final seçim turlarında Türkiyənin məşhur aktyoru Saruhan Hünəl və "Muhteşem yüzyıl" serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Üzerli də iştirak edəcək.
Qeyd edək ki, filmin çəkilişləri Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB