Nazir Türkiyə Böyük Millət Məclisinin sədr müavini ilə görüşüb

Nazir Türkiyə Böyük Millət Məclisinin sədr müavini ilə görüşüb

Bu gün Bakıda keçirilən II-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum çərçivəsində Azərbaycan mədəniyyət və turzim naziri Əbülfəs Qarayev Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlamla görüşüb. SİA-nın xəbərinə görə, qonağı Azərbaycanda görməkdən məmnunluğunu bildirən nazir Azərbaycan-Türkiyə arasında mədəniyyət sahəsindəki əlaqələrin inkişafından və genişləndirilməsindən danışıb. Nazirin sözlərinə görə, Azərbaycan həmişə türk dünyasını birləşdirən mədəniyyəti yüksək tutur.

TBMM-in sədr müavini belə isti münasibətə görə naziə təşəkkür edib və bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Sədr müavini həmçinin bundan əvvəlki səfərlərindən və Azərbaycanın inkişafından söz açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə