Türkiyə və Azərbaycanın birgə layihəsi olan "Acıtan yürek" bədii filminin çəkiləşlərinin seçim turlarına qeydiyyat olub. Bu barədə SİA-ya layihənin mətbuat katibi Fuad Mədətov məlumat verib. Onun sözlərinə görə, növbəti seçim turu isə iyunun 1-i və 2-si olacaq. İyunun 8, 9, 15, 16, 22 və 23-ü isə mərhələli sınaq turları keçiriləcək.
O bildirib ki, Azərbaycanın şəhər və rayonlarında (Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvan) baş tutacaq qeydiyyatın dəqiq vaxtı ilə bağlı ictimaiyyətə ən azı 10 gün əvvəl məlumat veriləcək.
Məlumat üçün bildirək ki, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı "Acıtan yürek" filminin seçim turlarında ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək. Məşhur aktyor Saruhan Hunel isə Bakıya filmin final seçim turlarında gələcək və münsif kimi qatılacağı seçim turlarında layiq bildiyi rola uyğun simaları təklif edəcək. "Acıtan yürek" filmin çəkilişlərini Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.
Qeyd edək ki, seçim turlarına 18-30 yaş arası gənclərlə (qeydiyyatın qiyməti 4 AZN dəyərindədir) yanaşı, 3-14 yaş arası uşaqların da (qeydiyyatın qiyməti 2 AZN dəyərindədir) qatılmasına ehtiyac var. Bunun üçün qeyd olunan yaş həddinə uyğun şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surəti və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər.
Əlaqə telefonları: 055 369-67-49; 055 522-24-99
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB