Rafet El Romanın qızları atalarının nişanlısı Ceren Kaplakarslana "Twitter"dan qəzəbli mesaj yollayıb. 43 yalı Rafet El Roman qızları Su Elnur və Şevvalın anası Tuğba Altıntopdan 2003-cü ildə boşanmışdı. 2010-cu ildə uşaqlarının dayəsi Yeşim Eryıldırımdan bir oğlu olmuşdu: Edvan. 3 ay əvvəl də özündən 21 yaş kiçik olan Ceren Kaplakarslan ilə Amerikada nişanlanmışdı. Bu yaxınlarda nişanlısı ilə Bakıya konsertə gedən Rafet El Roman, "Toy nə vaxtdır?" sualına "Dəqiq tarix müəyyən deyil, lakin inşallah bu yay evlənəcəyik" cavabını vermişdi.
"Başqa gəlin istəmirik"
Rafet El Roman qızlarını gələcək həyat yoldaşıyla bir müddət əvvəl tanış etmişdi. Lakin qızlar: "Əbəs yerə ümüdlənirsən. Atama təzyiq etməyi bir kənara qoy, qəbul edilmədiyini bilirsən" deyə yazıblar. Sonra isə anası Tuğba Altıntop ilə Rafet El Romanın fotoşəkilini paylaşaraq altına "Budur bizim sevimli cütlüyümüz. İncimə, başqa bir gəlini qəbul etmirik", - deyə əlavə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB