ABŞ prezidenti Barak Obama və vitse-prezident Cozef Baydenin andiçmə mərasimində Amerika himnini müğənni Beyons Noulz oxuyacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanvarın 21-də keçiriləcək mərasimdə Kelli Klarkson və Ceyms Teylor da çıxış edəcək.
"Biz vitse-prezident Baydenlə andiçmə mərasimində belə istedadlı artistlərin çıxışından şərəf duyacağıq", - deyə Obama bildirib.
Qeyd edək ki, Beyons və həyat yoldaşı reper Jay-Z həm hazırkı kampaniyada, həm də 2008-ci ildə fəal iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB