İlhamə Quliyeva Fikrət Əmirovun onun üçün silsilə yazdığı mahnıları canlı oxuyacaq
22-30 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Fikrət Əmirov-90" Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər keçiriləcək, tamaşalar nümayiş olunacaq. Festivala noyabrın 22-də - Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun doğum günü saat 12:00-da Fəxri Xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün saat 19:00-da isə Heydər Əliyev Sarayında "Fikrət Əmirov- 90" Musiqi Festivalının təntənəli açılışı və qala-konsert olacaq.
Dövlət səviyyəsində keçiriləcək tədbirdə Azərbaycanın və Dağıstanın xalq artisti, görkəmli sənətkar İlhamə Quliyeva da çıxış edəcək. Bu barədə müğənninin mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə xanım Dövlət Orkestrinin müşayiəti ilə bəstəkarın onun üçün silsilə bəstələdiyi "Mən səni araram", "Neyləmişəm", "Toy", "Gülərəm gülsən", "Göygöl", "Gülür ellər" və sairə mahnılarını canlı ifa edəcək. Bu mahnılar uzun illərdir hitə çevrilib və hələ də müğənninin repertuarını bəzəyir.
Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 fevral 2012-ci il tarixli, 1979 nömrəli Sərəncamının icrasına uyğun olaraq bu il Rusiya, Türkiyə, Macarıstan, Ukraynada, eləcə də ölkəmizin Bakı və Qəbələ şəhərlərində dahi bəstəkara həsr olunmuş silsilə konsertlər, sərgilər təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB