Bu gün “Məhkumlar”a məhkum olacaqlar

Bu gün “Məhkumlar”a məhkum olacaqlar

"Bu gün efirə gedəcək "Məhkumlar"ın 5-ci bölümü indiyə qədər yayımlanan seriaların ən möhtəşəmidir desək yanılmarıq". Bunu SİA-ya "Məhkumlar" serialının quruluşçu rejissoru və "Oscar production"un direktoru Yaşar Əhmədov bədii tele-serialın kuliminasiya nöqtəsini təşkil edən bugünkü bölümü haqqında fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, hadisə və gərginliklə dolu "Məhkumlar"ın bugünkü bölümü bundan əvvəl yayımlanan 4 bölümdəki qaranlıq qalan məqamların açıqlanması ilə yaddaşlara həkk olunacaq: "Hadisə və dinamikası ilə hədsiz maraq doğuracağına əminik. Təbii ki, son söz həmişə olduğu kimi dəyərli tamaşaçılarımızındır. İzləsinlər və özləri qiymət versinlər. Sadəcə onu deyim ki, məhz 5-ci bölümü izləməklə bizim "Məhkumlar"a məhkum olacaqlar".

"Hadisələrə gəldikdə isə bəzi məqamları nəzərinizə çatdırım. 5-ci bölümdə Adilin evinə gələnlər qapıda kiminlə qarşılaşacaqlar? Zərnitacın Röyanı Adilə aldığını eşidən Tünzalə necə addım atmağı düşünür? Şəbnəmin bu hadisələrə reaksiyası necə olacaq və bu kimi suallara bu gün yayımlanacaq "Məhkumlar" serialının 5-ci bölümünü izlədikdən sonra cavab tapa biləcəksiniz",- deyə serialın quruluşçu rejissoru əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə