49-cu Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalına yekun vuruldu. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, dünən gecə milli və xarici filmlərin tammetraj, qısametraj, sənədli film nominasiyalarının qalibləri elan edilib.
"Ən yaxşı film" nominasiyasında "Zərrə" filmi qalib gəlib. "Ən yaxşı rejissor" mükafatını bu filmin rejissoru Ərdəm Təpəgöz qazanıb. Filmin sənət rejissoru olan azərbaycanlı Törə Ağabəyova isə festivalın ən yaxşı sənət rejissoru nominasiyasında qalib olub.
Festivalda məşhur aktrisa Hülya Afşarın rəhbər olduğu münsiflər heyəti azərbaycanlı rejissoru seçməkdə fikirlərini belə izad edib: "Hər gün gördüyümüz dünyanı bizə daha sərt və başa düşüləcək tərzdə göstərən flm olduğu üçün onu seçdik".
Qeyd edək ki, Törə Ağabəyova məşhur siyasi fəal Emin Millinin həyat yoldaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB