Qaytana Müslüm Maqomayevin sənətinə pərəstiş etdiyini deyib- VİDEO

Ukraynanın builki müsabiqənin təmsilçisi Qaytana Azərbaycanın dünyaşöhrətli müğənnisi Müslüm Maqomayevin sənətinə pərəstiş etdiyini bildirib. SİA-nın məlumatına görə, eurovision.az saytına müsahibə verən Qaytana böyük sənətkara daim pərəstiş etdiyini, valideynlərinin hər zaman onun ifalarını dinlədiyini bildirib.


Şəhər gəzintisinə çıxan Qaytana İçərişəhər, Qız Qalasında olub, velisopedlə bu tarixi məkanın hər dalanını özü üçün kəşf edib. \"Bakı təbiəti, insanları, qədim tarixi və müasirliyi ilə məni sadəcə heyran qoyub. Bu gözəl şəhərin hər bir yerini seyr etmək üçün velisopedə ehtiyac var. Çünki burada heç bir məqamı gözdən qoymaq olmaz. Bakıdakı Eurovision mənə müsabiqə yox, böyük musiqi festivalı təsiri bağışlayır. Bu möhtəşəmliyin bir parçası olmaqdan qürur duyuram. Bizə göstərdiyiniz diqqət və qayğıya görə sonsuz təşəkkür edirəm\",- deyə Qaytana əlavə edib.


Qaytana şəhər gəzintisi zamanı Qız Qalası qarşısında keçirilən Beynəlxalq \"Qız Qalası\" İncəsənət Festivalında da olub.


Bütün xəbərlər Facebook səhifəmizdə