Finlandiya təmsilçisi Eurovision səhnəsində geyinəcəyi libasına çox pul xərcləyib

Finlandiya təmsilçisi Eurovision səhnəsində geyinəcəyi libasına çox pul xərcləyib

Finlandiyanın Eurovision 2012 təmsilçisi Pernilla Karlsson Eurovision Mahnı Müsabiqəsindən dərhal sonra yeni albomunun yazılışına başlayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni musiqi albomundakı kompozisiyaların \"Bakı Kristal Zalı\" səhnəsində İsveç dilində ifa edəcəyi \"När jag blundar\" (\"Gözlərimi yumarkən\") mahnısından fərqli olacağını söyləyib\".

\"När jag blundar\" (\"Gözlərimi yumarkən\") möhtəşəm mahnıdır. Lakin yeni alboma daxil olacaq mahnılarım tamamilə fərlqi üslubdadır. Müsabiqədən sonra musiqi karyeramı İsveç dilində deyil, ingilis və fin dillərində davam etdirəcəyəm\"-, deyə təmsilçi əlavə edib.

Pernillanın Eurovision səhnəsindəki çıxışı Milli Final konsertindəkindən bir qədər fərqlənəcək. O, səhnə geyiminə çox pul xərcləndiyini bildirib. Müğənninin əsas məsləhətçisi və prodüsseri isə qardaşı Riçarddır. Amsterdamda aprelin 21-də keçiriləcək \"Eurovision in Consert\"ə hazırlaşan müğənni bu layihənin onun üçün yaxşı təcrübə olacağını və orada ilk dəfə beynəlxalq mətbuatla görüşəcəyini də söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə