Eldar və Nigar İstanbulda keçirilən tədbirdə xüsusi mükafata layiq görülüblər- FOTO

Eldar və Nigar İstanbulda keçirilən tədbirdə xüsusi mükafata layiq görülüblər- FOTO
İstanbulda təşkil olunan 15-ci Avrasiya İqtisadi Sammitinin moda və sənət dünyasının ünlü isimlərinin defilə və konsertində Eurovision Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak ediblər.


SİA-nın bu ilki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bir çox ölkədən dövlət və hökumət başçılarının, ictimai xadimlərin qatıldığı gecədə təmsilçilərimiz Azərbaycana birincilik qazandıran \"Running Scared\" mahnısını ifa ediblər. Tədbirdə Eldar və Nigar Mərmərə vəqfi adından xüsusi mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə