Azərbaycanda fransız mütəxəssislərdən modern rəqs

Azərbaycanda fransız mütəxəssislərdən modern rəqs

9-13 aprel tarixlərində Yuğ Dövlət Teatrında modern rəqs məşğələləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məşğələləri teatrın nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzi Azərbaycandakı Fransız İnstitutu ilə birlikdə hazırlayıb. Məşğələlərdə fransız rəqqaslar Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsin texniki tərəfləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşacaq.


Məşğələlər pulsuzdur və maraqlananlar iştirak edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə