Maya Sar \"Eurovision\" balladasını təqdim edib

Maya Sar \"Eurovision\" balladasını təqdim edib

Bosniya və Herseqovinanın Eurovision 2012 təmsilçisi Maya Sarın \"Bakı Kristal Zalı\"nın səhnəsində ifa edəcəyi \"Korake ti znam\" (I Know Your Steps as) mahnısının təqdimatı keçirilib. Mahnı üzərində müğənninin həyat yoldaşı Mahir Sarihodžić və İtaliyanın məşhur musiqiçisi, Sanremo festivalının prodüseri Adriano Pennino işləyib. \"Korake ti znam\" balladası maestronun Romadakı səsyazma studiyasında \"Sinfonietta Orchestra\" nin müşaiyətilə lentə alınıb.


Müğənni \"Korake ti znam\" mahnısının klipini də nümayiş etdirib. Klipin çəkilişi Bosniya və Herseqovinanın mənzərəli və tarixi yerlərində aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə