Bu gün Almaniyanın \"Eurovision 2012\" təmsilçisinin adı açıqlanacaq

Bu gün Almaniyanın \"Eurovision 2012\" təmsilçisinin adı açıqlanacaq

Bu gün "Eurovision ailəsi"nin "böyük beşliyi"nə daxil olan Almaniyada Milli Final həyəcanı yaşanır. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, "Unser Star für Baku" müsabiqəsinin iki finalçısı Roman Lob və Ornella de Santis ölkəni Avropanın ən nüfuzlu mahnı yarışmasında təmsil etmək uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, Almaniya Eurovision Mahnı Müsabiqəsində birbaşa final mərhələsində çıxış edir. Layihənin yaradıcıları və sponsorları kimi Almaniya ilə yanaşı, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya da "Böyük beşlik"də təmsil olunur və birbaşa finalda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə