Norveçin Eurovision təmsilçisi: \"Qələbəmə hələ də inana bilmirəm\"

Norveçin Eurovision təmsilçisi: \"Qələbəmə hələ də inana bilmirəm\"

"İlk dəfədir böyük səhnəyə çıxıram. Nəticələr bəlli olana qədər çox həyəcanlı idim. Bu qələbəyə hələ də inana bilmirəm". SİA-nın Eurovisionun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu Norveçin Eurovision 2012-də təmsil etmək hüququ qazanan 24 yaşlı Tooji Keshtkar açıqlamasında deyib.


O, bu cür yarışmalarla yaradıcılığında ilk addımlar atdığını bildirib: "Eurovision Mahnı Müsabiqəsində uğur qazanmaq üçün bacardığım hər bir şeyi etməyə hazıram".


Qeyd edək ki, İran əsilli Tooji Keshtkar 1987-ci ildə anadan olub. Bir ara model kimi işləyən Tooji daha sonra MTV Norway ilə əməkdaşlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə