Rus Dram Teatrının səhnəsində Rusiyanın xalq artisti İrina Muravyeva \"Arvad intriqan və ya öz aralarında aktyorlar\" komediyasında çıxış edəcək. SİA-nın məlumatına görə, tamaşa yalnız 17 və 18 fevralda nümayiş olunacaq.
Dmitri Suxarevin pyesi əsasında hazırlanan tamaşanın musiqisi Sergey Nikitinə məxsusdur. Komediyada Rusiyanın xalq artisti, Rusiya Dövlət Mükafatı Laureatı Yulen Balmusov, Rusiyanın Əməkdar artistləri Boris Şuvalov, Aleksandr Andrienko və başqaları iştirak edirlər.
Rejissor Rusiyanın əməkdar incəsənət xadimi Leonid Eydlin, baletmeyster Rusiyanın əməkdar incəsənət xadimi Pyotr Qrodniskiy, Konsertmeyster Vladimir Sveşnikovdur.
\"İmperator teatrları\"nın iki aktyoru öz yoldaşlarına oyun qurmaq qərarına gəlirlər. Üçüncü \"subaylıq qardaşlığı\"nı pozaraq gözlənilmədən evlənib. Lakin bu oyuna onun arvadı qarışır və onların planlarını pozaraq \"öz pyesini\" qurur. Tamaşa xoşbəxt finalla başa çatır.
Biletlər artıq teatrın kassasında satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB