2012-ci il TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə ili” elan edilib

2012-ci il TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə ili” elan edilib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin TÜRKSOY çərçivəsində qeyd edilməsi təklifi təşkilat tərəfindən qəbul olunub və 2012-ci il TÜRKSOY çərçivəsində "M. F. Axundzadə ili" elan edilib.


Nazirlikdən SİA-ya verilən məlumata görə, hazırda "M. F. Axundzadə ili"nin TÜRKSOY-a daxil olan bütün ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı hazırlanmaqdadır.


Bu ay Ankara şəhərində "M. F. Axundzadə ili"nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə