Əbülfəs Qarayev Eurosport televiziya kanalının nümayəndəsi ilə görüşüb

Əbülfəs Qarayev Eurosport televiziya kanalının nümayəndəsi ilə görüşüb

Mədənniyyət və turizm naziri Əbülfəs Qarayev Avropanın məhşur Eurosport televiziya kanalının Avropa, Mərkəzi Asiya və Latın Amerikası üzrə kommersiya direktoru Saşa Leyeri (Sacha Layer) qəbul edib. Bu barədə SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.


Görüş zamanı əsasən Avropada Azərbaycan haqqında məlumatlılığın daha da artırılması, Azərbaycanın 2012-ci il Eurovision müsabiqəsinin ev sahibi ölkəsi kimi təşviq olunması, turizm potensialının geniş kütləyə çatdırılması, habelə digər konkret layihələr və təkliflər müzakirə olunub.


Daha sonra görüşdə qarşılıqlı əməkdaşlıq, medianın turizmin inkişafında rolu kimi məsələlər haqqında fikir mübadiləsi aparılıb.





Bütün xəbərlər Facebook səhifəmizdə