İbrahim Tatlısəsdən “Möcüzə”- FOTO

İbrahim Tatlısəsdən “Möcüzə”- FOTO

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs "Möcüzə" adlı yeni albomu ilə musiqisevərlərin qarşısına çıxmağa hazırlaşır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə məruz qaldığı silahlı hücumdan sonra musiqidən kənarda qalan müğənni yenidən oxumağa başlayıb. İlk oxuyacağı mahnılar isə yeni albomunda yer alan ifalardır.

İ. Tatlısəs sevincini yeni ailə həyatı qurduğu xanımı Ayşəgül və meneceri Eyyub Kanatla birgə tort kəsərək qeyd edib.

\"Allahın mənə yaşatdığı bu möcüzəni mən də sevənlərimlə bölüşmək üçün günləri iplə çəkirəm\",- deyən Tatlısəs hazırda bütün fikrinin yeni albomumun yanında olduğunu bildirib: \"İnanıram ki, albomda yer alacaq bütün ifalar məni sevərlərin bu qədər müddət gözləmələrinə dəyəcək\".

Albomda 12 mahnı yer alacaq. Onu da qeyd edək ki, "Möcüzə" İbrahim Tatlısəsin 43-cü albomu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə