“Bakı Şəhər Turu” layihəsinin bir ilinin tamam olması ilə əlaqədar tur keçirilir- FOTOSESSİYA

“Bakı Şəhər Turu” layihəsinin bir ilinin tamam olması ilə əlaqədar tur keçirilir- FOTOSESSİYA

Bu gün "Baku City Tour - Bakı Şəhər Turu" layihəsinin həyata keçirilməsinin bir ili tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə tur təşkil olunub.


Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm İnformasiya Mərkəzi "Millenium Turizm Konqres DMC" ilə birgə Azərbaycanın turizm potensialının və mədəni irsinin daha geniş təbliğ olunması və eyni zamanda gənc tur bələdçilərin professional səviyyəsinin daha da artırılması məqsədi ilə ötən ilin noyabr ayından reallaşdırılır.


"Millenium Turizm Konqresi DMC"-nin rəhbəri Ruslan Quliyev deyib ki, şəhər gəzintisi hər gün səhər saat 12.00-da "Azadlıq" meydanında başlayır və təqribən 5 saata yaxın bir zamanda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaxınlığında bitir. Ekskursiya eyni zamanda, rus, ingilis, fars və türk dillərində aparılır. Mütəmadi olaraq, bu layihəyə Azərbaycan Turizm İnstitutunun tələbələri də cəlb olunur. Layihədə Bakıda fəaliyyət göstərən mehmanxanalar, restoranlar, turizm şirkətləri, nəqliyyat qovşaqları (avtovağzal, dəniz limanı, hava limanı, dəmir yol vağzalı) xarici ölkə nümayəndəlik və şirkətləri aktiv iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə