I Bakı Beynəlxalq Kukla Biennalesindəki kuklalar izləyiciləri heyrətə gətirib- FOTOSESSİYA

I Bakı Beynəlxalq Kukla Biennalesindəki kuklalar izləyiciləri heyrətə gətirib- FOTOSESSİYA
Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında I Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunub. SİA-nın məlumatına görə, sərginin rəsmi açılış mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son 25 il ərzində təsviri sənət növləri arasında müəllif kuklaları dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü büruzə verib: \"Teatr və bədii oyun kuklası məziyyətindən ayrılıb, o bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiq yer tutub\".

Nazir onu da qeyd edib ki, I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi – etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etməkdən ibarətdir: \"Beləliklə, biz Azərbaycan tamaşaçısını geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış etmək fürsətini qazanmış oluruq. Gələcəkdə təkcə müasir ustaların deyil, həmçinin antikvar kukla sərgilərini Azərbaycanda təşkil etməklə, dünya kukla məktəbinin nailiyyətlərinin retrospektivi, Avropa kuklasının bərqərar olmasının mənbələri ilə tanış olmaq, onun fiqurativliyini duymaq olar. Ustad dərslərinin keçirilməsi şərti ilə, aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək və dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanını verəcək\".

Qeyd edək ki, Biennaledə dünyanın 9 ölkəsindən 19 kukla ustası iştirak edib: Azərbaycan, Belorus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, Rusiya ("Vaxtanov" Qalereyası) və Ukrayna.

Bütün xəbərlər Facebook səhifəmizdə