Əbülfəs Qarayev Sverdlovsk vilayətinin mədəniyyət nazirini qəbul edib

Əbülfəs Qarayev Sverdlovsk vilayətinin mədəniyyət nazirini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiyanın Sverdlovsk vilayətinin mədəniyyət naziri Aleksey Babayevlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiyanın Yekaterinburq vilayətindəki konsulu Soltan Qasımov iştirak ediblər.


A.Babayev deyib ki, bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında Polad Bülbüloğlunun Yekaterinburq Teatrında səhnəyə qoyulan "Eşq və ölüm" baleti oynanılacaq: "Bu baletin hər nümayişi bizim ölkədə anşlaqla baş tutur. Biletlər nümayiş günündən bir neçə gün əvvəl satılıb qurtarır. İndi isə biz bu baleti müəllifin öz ölkəsi olan Azərbaycanda oynayacağıq və müsbət qarşılanacağına inanırıq".


Ə.Qarayev isə Sverdlovsk vilayəti ilə kitabxana, muzey və turizm sahəsində birgə işlərin görülməsindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə