Həftənin ən çox qazanan filmləri- FOTOSESSİYA

Həftənin ən çox qazanan filmləri- FOTOSESSİYA

Keçən həftə ərzində ən çox gəlir gətirən filmlərin adları bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Ev qulluqçusu" (\"The Help\") filmi Şimali Amerikada həftəsonu liderliyi ələ alıb. Film 20,5 milyon dollar kassa gəliri götürüb. Filmin süjeti ağdərili qız və onun qaradərili ev qulluqçularının münasibətindən bəhs edir. Film ilk premyerasından yaradıcılarına 71,8 milyon dollar qazanc gətirib.

Siyahının ikinci pilləsində 16,3 milyon dollar gəlirlə ötən həftənin lideri "Meymunlar Planetinin üsyanı" (\"Rise of the Planet of the Apes\") filmi qərarlaşıb.

Şimali Amerikada bu filmin ümumi mədaxili 133,8 milyon dollar təşkil edib.

Üçlüyü "Casusların uşaqları 4: Armageddon" (\"Spy Kids 4: All the Time in the World\") filmi tamamlayır. Robert Rodriqesin çəkdiyi və baş rolda Cessika Albanın iştirak etdiyi bu film 12 milyon dollar qazanc əldə edib.

Liderlərin beşliyini isə 10 və 8,3 milyon dollar gəlirlə "Konan- varvar" (\"Conan the Barbarian\") və "Qorxulu gecə" (\"Fright Night\") filmləri bağlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə