Azərbaycanlı aktrisa Moskvada V Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib- FOTO

Azərbaycanlı aktrisa Moskvada V Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib- FOTO

Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Şahvələdqızı Moskvada keçirilən V Beynəlxalq Yay Teatr Məktəbində iştirak edib. SİA-nın məlumatına görə, layihə Rusiya Federasiyasının rəhbərliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

RF Teatr Xadimləri İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbində iştirak etmək üçün Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva (Şəlalə Şahvələdqızı) və "Can as" studiyasından Mahir Cananov (Sumqayıt) dəvət olunublar.

Məktəbin işində Abxaziya, Azərbaycan, Ermənistan, Belarus, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İsrail, Qazaxıstan, Kosta Rika, Qırğızıstan, Latviya, Monqolustan, Moldova, Portuqaliya, Rumıniya, Rusiya, ABŞ, Türkmənistan, Özbəkistan, Ukrayna, Çexiya Respublikası və Estoniyadan 85 gənc aktyor iştirak edib. Bir ay ərzində iştirakçılar Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq səviyyələrini yüksəldiblər.

Bu il layihənin uğurlu fəaliyyətinin 5 ili tamam olur. Bu müddət ərzində məktəb dünyanın 38 ölkəsindən 400 aktyor üçün ikinci əsl sənət məktəbinə çevrilib.

Layihə çərçivəsində 4 tamaşa (2 dramatik, 1 kukla, 1 plastik) hazırlanıb. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serpuxov teatr meydanlarında nümayiş olunub.

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə