Əbülfəs Qarayev Kolumbiyanın Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin direktorunu qəbul edib
İyulun 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kolumbiyanın Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin direktoru Alfons Soriya Mendosanı və Kolumbiyanın Rusiyadakı Səfiri Dieqo Xose Tobonu qəbul edib.
Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən SİA-ya verilən xəbərə görə, görüş zamanı turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Kolumbiyada təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, 2012-ci illərdə Kolumbiyada Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi, habelə bəzi konkret tədbir və layihələr müzakirə edildi.
Sonra nazir Ə.Qarayev turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Kolumbiyada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il aprel Bakıda keçirilən "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi"ində iştirak etməyə dəvət etdi. Eyni zamanda, Azərbaycanda bir çox geniş miqyaslı beynəlxalq festivalların keçirilməsi haqda qonaqlara məlumat verən nazir Kolumbiyanın "Alti Plano" qrupunun Bakıda keçirilən Beynəlxalq Muğam festivalında iştirakını xatırlatdı.
Azərbaycana ilə tanışlığın onda xoş təəssürat oyatdığını qeyd edən cənab Alfons Soriya Mendosa öz növbəsində bu görüşün Kolumbiya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoymağa kömək edəcəyindən əminliyini bildirdi. Sonra qonaq iki ölkə arasında turizm sahəsi üzrə Anlaşma Memorandumunun imzalanmasını təklif etdi.
Daha sonra nazir Ə.Qarayev Azərbaycanın təkcə milli səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə də mədəniyyətlərarası dialoqun təbliği istiqamətində mühüm təşəbbüslərin həyata keçirdiyini və bu mənada "Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi"nin davamı olaraq Azərbaycan tərəfindən 2011-ci ilin 7-9 aprel tarixində Bakıda yüksək səviyyədə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqda cənab Mendosanın diqqətinə çatdırdı.
Həmçinin, görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıldı.
Görüşün sonunda Kolumbiya nümayəndə heyəti səmimi görüşə görə nazir Ə. Qarayevə öz təşəkkürünü bildirdi və iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB