Xalq rəssamı Kamil Nəcəfzadə vəfat edib

Xalq rəssamı Kamil Nəcəfzadə vəfat edib

Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəfzadə vəfat edib.

SİA-nın məlumatına görə, rəssam ötən gün, iyunun 29-da 82 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, K. Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub.

1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib. O, 1955-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb, 40-a yaxın bədii filmin tərtibatçısı olub, müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub.

Bütün xəbərlər Facebook səhifəmizdə