Rəssam Qafar Sarıvəllinin “Demə Səməd Vurğun gəldi-gedərdi...” rəngkarlıq əsərinin təqdimatı keçirilib- FOTO
Bu gün Səməd Vurğunun ev-muzeyinin və Səməd Vurğun Fondunun təşkilatçılığı ilə tanınmış rəssam Qafar Sarıvəllinin "Obrazlar qalereyası (rəngkarlıq)" albomunun və "Demə Səməd Vurğun gəldi-gedərdi..." rəngkarlıq əsərinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, xalq artistləri Həmidə Ömərova, Tariyel Qasımov və başqaları iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən muzeyin şöbə müdiri Aslan Salmansoy Səməd Vurğunun həyat və yaradıcılığına qısa nəzər salıb: "Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dostluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi",- deyə A. Salmansoy əlavə edib.
Albomda tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimlərinin və sadə zəhmət adamlarının portretləri toplanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB